<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Təmizliyi, safl ığı Sən öyrədirsən bizə,
 Günahsız yaşamağı Sən öyrədirsən bizə.
 Bir rahatlıq, bir ümid gətirdin ömrümüzə
 Alqış, Rəbbimiz İsa, Səndəki mərhəmətə.

[V2]
 Məlhəm oldun qəlblərə, yaralı ürəklərə,
 Sevinc, təsəlli verdin qəlbləri kövrəklərə.
 Güc gəldi zəifl əmiş, qüvvətsiz biləklərə
 Alqış, Rəbbimiz İsa, Səndəki əzəmətə.

[V3]
 Kim küsər, kim inciyər, Sənin bircə sözündən?
 Dilin də qəlbin kimi təmiz oldu Özündən.
 Nə bir insan, nə bir kəs, yayınmadı gözündən,
 Alqış, Rəbbimiz İsa, Səndəki məhəbbətə.

[V4]
 Gəlib dindirirsən Sən dünyadan küskünləri,
 Sıxırsan ürəyinə Səni sevən kəsləri.
 Bu dünyanın şərindən qoruyursan bizləri,
 Alqış, Rəbbimiz İsa, Səndəki bu qüdrətə.</lyrics>
<title>Təmizliyi, safl ığı Sən öyrədirsən İL114</title>
<hymn_number>114</hymn_number>
</song>